“Bank VTB Azərbaycan” problemlər məngənəsində

vtb-bank“Bank VTB Azərbaycan” maliyyə hesabatlarını açıqlayıb.

Bu ilin yanvar-sentyabr müddətində Bankın cəmi gəlirləri 44 milyon 552 min manat, o cümlədən faiz gəlirləri 43 milyon 53 min manat, qeyri-faiz gəlirləri 1 milyon 499 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra, Bankın 8 milyon 622 min manat xalis əməliyyat mənfəəti qalıb. Amma, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 10 milyon 886 min  manat ayırıldığından hesabat dövründə 2 milyon 265 min manat zərər yaranıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlər artdığından banklar gəlirlərinin bir hissəsini ehtiyatlara ayırırlar.

30 Sentyabr 2016-cı il tarixinə “Bank VTB Azərbaycan” 431 milyon  933,69 min  manat, cəmi öhdəlikləri 395 milyon 28,44  min manat, cəmi kapitalı isə 36 milyon 905,25  min manat təşkil edib.

KREDİTLƏRİN YARIDAN ÇOXU PROBLEMLİDİR

Bankın 363 milyon 591,6 min manatlıq kredit portfelinin  247 milyon  235,4 min manatının və ya 68%-nin ödəmə vaxtı keçib.

Bank VTB (Azərbaycan) ASC VTB Qrupuna daxildir. Hal-hazırda Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.

Balans hesabatı, min manatla

AKTİVLƏR
III RUB      2016
Nağd vəsaitlər  11 752,09
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)  65 335,42
 Banklara verilmiş kreditlər                    –
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi
Qiymətli kağızlara investisiyalar
Kredit portfeli (müştərilərə verilmiş kreditlər – məqsədli ehtiyatlar çıxılmaqla) 319 827,66
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər  3 166,11
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər  1 548,96
Digər aktivlər  30 303,44
CƏMİ AKTİVLƏR  431 933,69  
ÖHDƏLİKLƏR
Depozitlər 57 993,97
AMB-nın banka qarşı tələbləri, cəmi 30 000,00
Digər bankların tələbləri (“Loro” hesabları), cəmi  118,68
Banklar və digər maliyyə institutlarının kreditləri 169 732,14
Bankların depozitləri 119 514,94
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi 10 765,46
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri                    –
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)
 Digər passivlər  6 903,26
CƏMİ ÖHDƏLİKLƏR 395 028,44  
KAPİTAL
Xüsusi kapital, cəmi 35 302,65
a) dövriyyədə olan adi səhmlər  50 815,00
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi –  15 512,35
Ümumi ehtiyatlar, cəmi   1 602,59
Cəmi kapital  36 905,25  
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL 431 933,69  

Mənfəət və zərər hesabatı, min manatla

III rub 2016
İlin əvvəlindən hesabat tarixinə qədər
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi 43 053,62
Faizlər və onlara bağlı xərclər, cəmi 20 869,33
Xalis faiz mənfəəti (zərəri)   22 184,29
Qeyri-faiz gəlirləri, cəmi  1 499,22
Qeyri-faiz xərcləri, cəmi 15 061,98
Xalis əməliyyat mənfəəti (zərəri) 8 621,53
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)  10 886,52
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) – 2 264,99
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi
Vergilər ödənilənədək xalis mənfəət (zərər) –  2 264,99
Mənfəətdən ödənilən vergilər
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) –      2 264,99

 

30.09.2016
Kredit portfelinin regionlar üzrə bölgüsü, min manatla
Regionlar Kreditlər Vaxtı keçmiş kreditlər
Məbləğ,
min manatla
Məbləğ,
min manatla
Portfeldə çəkisi, %
Abşeron 361250,6  246 271,9 68,2%
Quba-Xaçmaz                 –                                      –                –
Dağlıq Şirvan                 –                                      –                –
Şəki-Zaqatala                 –                                      –                –
Aran                 –                                      –                –
Gəncə-Qazax  2 340,9                                963,5 41,2%
Yuxarı-Qarabağ                 –                                      –                –
Kəlbəcər-Laçın                 –                                      –                –
Lənkaran                 –                                      –                –
Naxçıvan                 –                                      –                –
CƏMİ 363591,6  247 235,4 68,0%
Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü
Sektorlar Kreditlər Vaxtı keçmiş kreditlər
Məbləğ,
min manatla
Məbləğ,
min manatla
Portfeldə çəkisi, %
Sənaye 51 429,8  36 607,4 71,2%
Ticarət və xidmət 160306,9 112 119,6 69,9%
Digər 3 053,6                                      – 0,0%
Istehlak kreditləri (fiziki şəxslərə verilmiş kreditlər) 148801,3  98 508,4 66,2%
CƏMİ 363591,6  247 235,4 68,00%

Kapitalın strukturu,min manatla

III rüb 2016
I dərəcəli kapital :    35 302,65
Adi səhmlər 50 815,00
Keçmiş illərin mənfəət/zərəri –   13247,36
Cari ilin zərəri – 2 264,99
 I dərəcəli kapitaldan tutulmalar 1 548,96
Tutulmalardan sonra I dərəcəli kapital 33 753,69
II dərəcəli kapital :
Ümumi ehtiyatlar  1 602,59
Cari ilin mənfəət                     –
Kapitalın digər vəsaitələri 14 679,83
 II dərəcəli kapitalın cəmi 16 282,43
 Məcmu kapital 50 036,12
 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər  174 426,11
III rüb 2016 AR MB tərəfindən təyin olunmuş norma
 I dərəcəli kapitalın adekvatlıq əmsalı 19,35% 5%
Məcmu kapitalın adekvatlıq əmsalı 28,69% 10%

(Marja)