Trampın qızılla bəzənmiş milyardlıq malikanəsi FOTO

ABŞ prezidentliyi postuna seçilən milyarder Donald Tramp xanımı və oğlu ilə birlikdə öz adını daşıyan “Trump Tower”də yaşayır. “Trump Tower” 1983-cü ildə Tramp 37 yaşında ikən inşa edilib.

Amerikanın 45-ci prezidentinin mənzili Nyu-Yorkda, Manhetten 5 küçəsindəki binanın 66-cı mərtəbəsindədir. 3 mərtəbəli malikanənin mənzərəsi Nyu York mərkəzi parkına açılır.

10 milyard sərvəti olduğu deyilən Trampın evinin interyerini məşhur dizayner Ancelo Donqiya hazırlayıb.

Ev 18-ci əsr fransız incəsənətinə aid rokoko üslubunda dizayn edilib. Malikanənin qapıları qızıl və almazdan hazırlanıb. Evin 24 əyarlıq qızılla dekor edildiyi deyilir. Ümumiyyətlə, dizayn zamanı qızılı, isti berj, çəhrayı kimi təbii rənglərdən daha çox istifadə olunub.

Otaqlar fil dişindən hazırlanmış mebellər, qızılla örtülmüş əntiq stullar və hər biri milyonlarla dollar dəyərində olan tablo və digər sənət əsərlərilə bəzədilib. (lent.az)