Fazil Məmmədovu “qara günlər” gözləyir

fazil-mamedov1Nemət Əliyev: “Qeyri-neft sektorunda çalışanların vəziyyətinin ağırlaşması, gəlirlərin kəskin aşağı düşməsi özünü vergi daxilolmalarında göstərməlidir”

2016-cı ilin büdcəsində vergi yığımları ilə bağlı ciddi problem yaşanır. Gömrükdən daxil olmalarda prqonozlaşdırma artıq oktyabr ayında yerinə yetirilsə də vergilər hələ də yerində sayır. Bu da səbəbsiz deyil. Bu barədə bir qədər sonra.

“Aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil”.

Bu sözləri vergilər naziri Fazil Məmmədov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

Amma maraqlıdır ki, bu il qarşılarına qoyulan məqsədlə bacara bilməyən vergi orqanları gələn il bu vəzifəni necə icra edəcək. Onu da nəzərə almaq lazımdır ki, gələn il üşün həm vergilərin, həm də gömrüyün proqnozları artırılıb. Amma ölkədəki əlverişsiz investisiya mühütinə görə ölkəni ötən müddət ərzində xeyli xarici şirkət tərk edib. Bundan başqa borca görə xeyli sayda sahibkarın hərəkətinə məhdudiyyət qoyulub. Belə vəziyyətdə isə vergi öhdəliyinin necə yerinə yetiuriləcəyi maraq doğurur.
2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən  mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyardl 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7,21 milyard manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6,1 milyard manatı ARDNF-dan transfertlərin, 2,2 milyard manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 milyon manatı isə digər gəlirlərin payına düşəcək.

nemet-eliyev
İqtisadçı Nemət Əliyev bildirdi ki, büdcə gəlirlərinin formalaşmasında ciddi problemlər yaşanır. Bu həm Vergilər Nazirliyinin xəttilə büdcə daxil olmalarında, həm də Neft Fondundan transfertlərdə özünü göstərir: “Büdcə gəlirlərinin formalaşmasında ƏDV ən böyük vergi növlərindən biri sayılır. Amma hökümətin həyata keçirdiyi yanlış siyasət nəticə etibarı iləbütün bazar dövriyyəsinin azalmasıyla müşahidə olunur. Aparılan hesablamalarla təsdiq olunur ki, bu dövriyyə 30-35 faiz arasında azalıb. Bu azalma həm də onun təsdiqidir ki, ölkənin qeyri-neft sektorunda çalışanların vəziyyəti xeyli dərəcədə ağırlaşıb. İstehsal tənənzül dövrünü yaşayır. Gəlirlər kəskin şəkildə aşağı düşüb. Belə olan halda bu özünü vergi daxilolmalarında göstərəcək”.

N.Əliyev bildirdi ki, 2016-cı ilin 9 ayının göstəriciləri onu deməyə əsas verir ki, ƏDV üzrə əvvəlki illərdəki sabit daxil olmalar bu il xeyli dərəcədə aşağı düşüb. Mənfəət vergisi üzrə də büdcədaxilolmalarında azalmalar var: “Vergilər Nazirliyinin son dövrlər vergi ödəyicilərinin üzərinə yeriməsi onlara qarşı təzyiq mexanizmlərini işə salması yanlışdır. Vergi orqanları reallığı düzgün qiymətləndirməlidirlər. Vergilər Nazirliyi sahibkarların üzərinə yeriyərək onların sahibkarlıqlarına son qoymasına səbəbkar olmamalıdırlar. Yaxşılığa doğru tendensiyalar müşahidə olumursa, növbəti ildə də vəziyyətin daha da ağır olacağını söyləmək olar”.

Xəyal