Klinton Trampdan çox səs toplayıb

klinton-tranpDemokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton noyabrın 8-də keçirilən prezident seçkisində ümumilikdə respublikaçı rəqibi Donald Trampdan çox səs toplayıb.

Hillari Klinton Trampdan 130 mindən çox səs toplayıb.

Amma əsas iri ştatlarda qalib gələn Donald Tramp 289 seçici səsi ilə prezident seçilib.

Hillari Klinton isə 218 seçici səsi toplaya bilib.

Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.

Beləliklə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Eyni hal 2000-ci ildə təxminən bərabər səs toplayan respublikaçı Corc Buşla demokrat Al Qor arasında da olub.

Həmin vaxt daha çox seçici səsi toplayan Corc Buş prezident seçilib.