Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qəşəd kəndində yaşayan Oqtay Abdulhüseynov dəm qazından boğularaq ölüb. Oxşar hadisə Ağstafa rayonunun Dağkəsəmən kəndində də baş verib. Bu kənddə yaşayan Farma Yusifova evində dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.