fuad qehramanli3

Fuad Qəhrəmanlının şikayət məktubları “oğurlanıb”

fuad-qehremanli-enyeni

AXCP-nin həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının həbsindən Avropa İnsan Haqları məhkəməsinə göndərilən şikayət məktubu artıq ikinci dəfə yoxa çıxıb. Bu barədə Azadliq.info-ya onun vəkillərindən biri Nemət Kərimli məlumat verib.

“Fuad Qəhrəmanlı barədə həbs qərimkan tədbirinin seçilməsi ilə bağlı yerli instansiya məhkəmələrini keçdikdən sonra Avropa konvesiyasının 5-ci ( azadlıq hüqunun məhdudlaşdırılması), 6.2-ci (təqsirsizlik prezumbsiyasının pozulması) və 10-cu (ifadə azadlığının pozulması) maddələri ilə İnsan Haqları Məhkəməsinə iyun ayında şikayət göndərilmişdi. Cavab gəlmədiyindən araşdırma aparanda rəsmi məktub göndərildi ki, məktub poçtda itib. Sentyabrın 24-də yenidən həmin şikayəti Strasburqa göndərdim. Bu gün yenidən poçtdan bildirirlər ki, məktubu itirmişik”,-deyə Nemət Kərimli bildirib.

Vəkillər bu halın iki dəfə təkrar olunmasını təsədüfi hesab etmirlər.