“Heydər parkı”na ”Diktaturaya yox!” yazıb həbsə getdilər

gencler-shuar-hebsGəncədə iki gənc fəal etiraz şüarına görə cəzalandırılıb

Noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin həbs ediliblər. Bu barədə məlumatı jurnalist Ülviyyə Əli fəalların yaxınlarına istinadən öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, gənclər 30 sutka inzibati həbs cəzası alıblar. Məlumata görə, onların həbsinə səbəb Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına “Diktaturaya yox!” və s. şüarlar yazmaqlarıdır.

Ülviyyə Əlinin yazdığına görə, gecə ilə bütün yazılar silinib, gənclərə polis şöbəsində işgəncə verilib.
DİN məsələ ilə bağlı açıqlama vermir.