Suriyada ABŞ-ın dəstəyi ilə kürd və ərəb qüvvələri özünü İslam Dövləti adlandıran qrupun “paytaxtını”- Raqqanı geri qaytarmaq əməliyyatına başladıqlarını elan edib.
Bu barədə Suriya Demokratik Qüvvələri (SDQ) komandirləri Ayn İsa qəsəbəsində press konfransda bildiriblər ki, əməliyyat şənbə günü gecə başladılıb.
SDQ bildirib ki, ABŞ-ın havadan dəstəyi ilə hücumlar saatlar sonra başlayacaq.
ABŞ əməliyyatla bağlı hələlik heç bir açıqlama verməyib.

Onlar dinc əhaliyə İD qiyamçılarının olduqları ərazilərdən yayınmaq barədə xəbərdarlıq edib.
ABŞ, bundan əvvəl bu şəhəri geri qaytarmaq üçün əməliyyatlara başlanılacağını bildirmişdi.