İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.
Bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, – deyə mənbə bildirib.