Bazar günü Bolqarıstanda prezident seçkilərinə start verilib.
“Report” xəbər verir ki, bütün ölkə üzrə saat 9 tamamda 12 mindən çox seçki məntəqəsi açılıb və onların bəzilərinin qarşısında dərhal seçici növbəsi yaranıb.
Təqribən 6,8 mln. nəfər insanın dövlət başçısını seçmək hüququ var, səsvermə ilk dəfədir ki, məcburi xarakter daşıyır.
Səsvermə üçün tərtib olunan seçki bülleteninə 21 namizədin adı daxil edilib. Eyni zamanda respublikanın vitse-prezidenti vəzifəsinə də seçkilər keçirilir.
Səsvermənin gedişatını 2 mindən çox müşahidəçi izləyir. Seçki prosesinin ilk qeyri-rəsmi nəticələri saat 21:00-da seçki məntəqələri öz işlərini bitirdiyi zaman açıqlanacaq.