ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizədi Hillari Klinton əsas rəqibi Respublikaçılar partiyasının namizədi Donald Trampı 5 faiz qabaqlayır. Bu barədə cümə günü Reuters/Ipsos tərəfindən açıqlanan sorğuda bildirilir.
Sorğu 30 oktyabrdan 3 noyabra kimi aparılıb.
Potensial seçicilərin 44%-i Klintona, 39%-i isə Trampa səs verəcəklərini bildiriblər.