“Neftin qiyməti, çox güman ki, 50 dollardan artıq olmayacaq”

neftRusiya hasilatın məhdudlaşdırılmasına dair OPEC üzvləri və bu təşkilata daxil olmayan ölkələr arasında konsensusun əldə olunmasına ümid edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata verdiyi açıqlamasında bildirib ki, məsələ ilə bağlı iş davam edir… Əksər ölkələrin mövqeləri üst-üstə düşür . Biz bu sahədə ümumi razılığa gələcəyimizə ümid edirik. Bu barədə BBC informasiya agentliyi məlumat verib.

Qeyd edək ki, ötən həftənin sonunda OPEC təşkilatının iclasına qatılan qeyri-üzv dövlətlərin nümayəndələri arasında Rusiya da olub. Lakin bu ölkənin rəsmiləri qlobal hasilatın məhdudlaşdırılması barədə planlara münasibət bildirməyib. Bu məsələ ilə bağlı OPEC rəsmilərinin Vyanada keçirilən görüşü nəticəsiz başa çatıb. Sentyabrda OPEC neft qiymətlərini sabitləşdirmək üçün istehsalın gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılacağı barədə bəyanat yayıb. Ölkələr üzrə konkret limitlər barədə qərar noyabrın 30-da Vyanada keçirilən görüşdə razılaşdırılmalıdır. OPEC ümid edir ki, həmin razılaşmaya kartelə üzv olmayan ölkələr də qoşula bilər. Lakin İran və İraq hasilatı artırmaqda maraqlı olduqlarını bildirirlər. Rusiyada 2017-2019-cu illərin büdcəsində neftin qiyməti 40 dollardan götürülüb. Təhlilçilər belə bir açıqlama verirlər ki, qiymətin əsaslı şəkildə artacağı ehtimalı məhduddur. Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin deyib: “Neftin bir qədər bahalaşması ilin əvvəlində təchizatın aramsızlığının pozulması ilə bağlı olub. Onun sözlərinə görə, hazırda İran və İraq kimi ölkələr hasilatı artırır və istehsalın ABŞ-da da artacağı gözlənilir”. “Standard & Poor” reytinq agentliyinin nümayəndəsi Aleksandr Qryaznov bu barədə belə hesab edir ki, yaxın vaxtlarda neft qiymətləri, çox güman ki, 50 dollardan artıq olmayacaq. Neft OPEC tərəfindən hasilatın məhdudlaşdırılacağı barədə xəbərlər fonunda bahalaşır. Lakin ekspert bu sahədə razılaşmanın əldə olunacağına şübhə ilə yana- şır. Təsəvvür etmək çətindir ki, hasilatı artırmaq istəyən ölkələr bu fikirdən vaz keçib istehsalı məhdudlaşdırmaq qərarına gəlsinlər. Hasilatı azaltsan bazara ABŞ istehsalçıları çıxacaq və sən öz payını itirəcəksən.

 

(marja)