Bakıda məşhur ticarət mərkəzi bağlandı

life-centerBakının məşhur ticarət mərkəzindən biri ləğv olunub. Fins.az-ın məlumatına görə, söhbət  “Baku Life Center”dən gedir. Məlumata görə, ticarət mərkəzi təsisçinin 31 oktyabr qərarına əsasən ləğv olunub. Bununla bağlı kreditorlar iki ay ərzində tələblərini  ticarət mərkəzinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, bina 5A, 15-ci mərtəbə ünvanına bildirə bilərlər.