Akif Çovdarovun daha 5 hektar torpağı üzə çıxdı

covdarov1MTN generalı torpaqları oğlunun adına sənədləşdirib

Sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı informasiya daxil olub. Redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, hazırda həbsdə olan MTN generalının Bakının Fatmai kəndindən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutuna gedən yolun üzərində 5 hektar torpaq sahəsi mövcuddur. Hansı ki, bu torpaq sahəsi A.Çovdarovun oğlunun adına sənədləşdirilib.
Mənbənin sözlərinə görə, MTN generalına məxsus bu torpaq sahəsi hər cür sahibkarlıq və fermer təsərrüfatı üçün ideal imkanlara malikdir. A.Çovdarovun üzərində istixanalar tikməyi planlaşdırdığı torpaqların hazırda istifadəsiz qaldığı bildirlir. (Moderator.az)