Əli Kərimli məşhur karateçimizi təbrik etdi

rafael-agayevMəşhur azərbaycanlı karate ustası Rəfael Ağayev karyerasında növbəti uğura imza atıb. O, 5-ci dəfə dünya çempionu adını qazanıb. Bu münasibətlə AXCP sədri Əli Kərimli məşhur karateçimizi təbrik edib. Təbrikdə deyilir;

İndiyə qədər dördqat dünya və 13 dəfə Avropa çempionu olan fəxrimiz Rəfael Ağayev Avstriyada keçirilən karate üzrə dünya çempionatında növbəti dəfə çempion oldu.
Xaricdən bahalı idmançılar almaqla yalnız gözə kül üfürmək olar, ölkə idmanı bu yolla inkişaf etməz. Xalqımızın içində o qədər istedadlı idmançılar var ki, onlara şərait yaratmaq, arxa olmaq lazımdır.
Rəfael bəyi bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm!