sevincbabayeva-ve-oglu

Sevinc Babayevanın oğlunun məhkəmə işi mediadan gizlədilir

sevincbabayeva-ve-ogluKeçmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə mandat qalmaqalının üçüncü “qəhrəmanı” mərhumn Sevinc Babayeva idi. O, mandat sövdələşməsi videosunun yayılmasından üç ay sonra dünyasını dəyişdi.

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın işi üzrə şahid qismində dindirilərkən anasının ölümünə görə sabiq deputatı ittiham edirdi. İndi Ayxan Məmmədovun özü həmin məhkəmədə mühakimə olunur. O, həyat yoldaşı Günay Məmmədovanı öldürməyə cəhddə ittiham edilir. Hazırda məhkəmə prosesində zərərçəkmiş Günay Məmmədovanın dindirilməsi mərhələsidi. Bu gün o, məhkəmədə ifadə verib. Məhkəmə prosesi açıq olsa da, media nümayəndələrinin həmin prosesdə iştirakına imkan verilməyib. Məhkəməyə sədrlik edən hakim Samir Əliyev prosesin bu hissədə qapalı keçirildiyini əsas gətirərək, media nümayəndələrinin zaldan çıxmasına göstəriş verib.

Baxmayaraq ki, prosesin bu hissədə qapalı keçirildiyi deyildi, amma proses iştirakçısı olmayan digər şəxslər çıxarılmadı. Halbuki, qapalı iclasda proses iştirakçısı olmayan kimsə iştirak edə bilməz. Başqa sözlə, proses ya hamı üçün açıq, ya da hamı üçün qapalı olur. Beləliklə, məhkəmə Ayxan Məmmədovun işini gizli saxlmağa qərar verib. Qeyd edək ki, Ayxan Məmmədov Günay Məmmədovaya 16 bıçaq zərbəsi vurub. O, məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O, arvadını öldürmək istəmədiyini, bu yolla onu qorxutmaq istədiyini söyləyib. A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Hadisəyə səbəb qısqanclıq göstərilir.