ABŞ-da gözlənilməz iqtisadi artım

absh-ag-evABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə ixracat və ehtiyatların dəstəyilə toparlanıb.

“Marja” xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, ikinci rübdə 1.4% böyüyən iqtisadiyyat üçüncü rübdə 2.9% böyüyüb. Bu, proqnozların üzərindədir.

Bloomberg-in sorğusuna qatılan ekspertlərin təxmini inkişafın 2.6% olacağı istiqamətində idi. İqtisadiyyatın ən böyük hissəsini təşkil edən istehlakçı xərcləri isə 2.1% ilə gözləntilərdən aşağı artıb.

Məlumat, Fed rəsmilərinin iqtisadiyyatın yavaş və sabit böyümə qeyd etdiyi qənaətinə uyğundur. Bu məlumatdan sonra Fed-in Dekabr ayında faiz artıracağı ehtimalı daha da artır. Dollar isə günbəgün bahalaşmaqdadır.