Venesuela parlamenti prezident Nikolas Maduraya qarşı impiçment proseduruna başlayıb. Parlament prezidenti konstitusiya quruluçunu pozmaqda günahlandırır.
Bundan əlavə, deputatlar prezidentin istefası ilə bağlı referendumun təşkilinin dayandırılmasına görə dövləti Beynəlxalq Cinayət Məhkəməsinə verməyə hazırlaşır.
Ötən həftə Milli Seçki Şurası bəyan edib ki, dövlət başçısının səlahiyyətinin vaxtından əvvəl dayandırılması məqsədilə referendumun keçirilməsi qeyri-müəyyən vaxta salınır.
Bununla bağlı imza toplanmasının yeni mərhələsi oktyabrın 26-dan 28-ə qədər keçiriləcək.
azadlıq.info



