“Sharp” Yaponiyada iki zavodunu bağlayır

sharpİri elektronika istehsalçısı “Sharp” şirkəti gələn il özünün iki zavodunu bağlamağı planlaşdırır.

Xirosima şəhərindəki “Sharp” işıq diodları və lazer yarımkeçiriciləri zavodunun, həmçinin Totiqi prefekturasındakı televizorlar üçün maye-kristal displeylər istehsalı ilə məşğul olan zavodunun fəaliyyətini saxlayacaq. Şirkət bunu xərclərin optimallaşdırılması çərçivəsində həyata keçirir.

Məlumdur ki, birinci müəssisənin əməkdaşlarını Fukuyama şəhərindəki “Apple” smartfonları üçün kamera komponentləri istehsal edən zavoda keçirəcəklər.

Xatırladaq ki, bir qədər əvvəl “iPhone”, “iPad” və digər texnikanın yığılması ilə məşğul olan “Foxconn” şirkəti “Sharp” korporasiyasının nəzarət paketini satın alıb. (İKT.lent.az)