Valideynləri yenə də Fuad Əhmədli ilə görüşə bilmədi

fuad-ahmedliVəkilin vəsadəti təmin olunsa da, icaraya yönəldilməyib

AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədlinin həbsindən 2 aydan artıq vaxt ötsə də ailəsi hələ də onunla görüşə bilmir. Hətta qadağalarla bağlı vəsadət aradan qaldırılsa da, Fuadla görüşə süni əngəllər yaradılır.

Bu barədə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev öz “facebook” səhifəsində yazıb:

“Hüquqlarını müdafiə etdiyim həbsdə olan gənc fəal Fuad Əhmədlinin görüş və telofon zəngi hüquqlarına 2 aydan artıqdır ki, qadağa qoyulmuşdur.Bu qadağaların aradan qaldırılması barədə verdiyim vəsatət istintaq orqanı tərəfindən təmin edildi və bu barədə müstəntiqin qərarı dünən Kürdəxanı istintaq təcridxanasına göndərildi. Əmin idik ki, nəhayət valideynləri bu gün Fuad ilə görüşə biləcəklər. Səhərdən oraya gedən atası və xəsta anası bu saata qədər gözləsələr də görüş baş tutmadı. Mənim istintaq təcridxanasına, pentensiar xidmətə çoxlu sayda zənglərim əbəs oldu. Məlum oldu ki, təcridxananın dəftərxanasının əməkdaşları dünəndən həmin qərara rəisin vizasını ala bilmirlər. Guya, rəis təcridxana əməkdaşlarını qəbul etmir. Adam dəhşətə gəlir. İnsan hüquqlarına, ölkə qanunlarına bu qədər hörmətsizlik olar? Belə çıxır ki, müstəntiqin qərarını rəis təsdiq etməlidir ki, icraya yönəlsin. Hər halda sevindirici haldır ki, bir neçə gün gec olsa da, Fuad ailəsilə görüşəcək və onlara zəng edəcək”