Şirvanda ağır qəza: 1 ölü, 4 yaralı

qezaŞirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib. Şəhərin Heydər Əliyev prospektində “Hamann” markalı avtomobil iki “VAZ 2106” markalı maşınla toqquşub.

Nəticədə “Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.

Hadisə nəticəsində 4 nəfər – Şirvan sakinləri, 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Davudov Zaur Gülağa oğlu və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır. (APA)