
Məlumata görə, amerikalı hərbçi döyüşlərin intensiv getdiyi bölgədə kürd silahlılarına kömək edirmiş. Onun oktyabrın 20-də aldığı yaradan dünyasını dəyişdiyi bildirilir. Hadisə ilə bağlı başqa detallar açıqlanmır. Yalnız o bildirilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələrin 100 hərbçisi iştirak edib.
İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD-dən təmizlənməsi uğrunda döyüşlər oktyabrın 17-də başlayıb. Bundan iki gün əvvəl isə terrorçuların hədəflərinə ABŞ və beynəlxalq koalisiya qüvvələrinin qırıcıları tərəfindən aviazərbələr endirilib.
Kəşfiyyat məlumatına görə, şəhərin müdafiəsi üçün vuruşan İŞİD-çilərin sayı 6 minə yaxındır.
Gültəkin