Gürcüstanda adambaşına 165, Azərbaycanda cəmi 2 dollar

rovshen agayevRövşən Ağayev

Əyalətlərin iqtisadi inkişaf ilə bağlı bir tədqaqatda Türkiyə və Gürcüstanda yerli büdcələrin imkanlarını Azərbaycanla müqayisəyə ehtiyac yarandı. Bəlkə də çoxlarınız bildiyiniz reallıqdı, amma rəqəmlər sadəcə dəhşətdir.
Gürcüstanda icmal büdcənin hər 1000 dollarından 170 dolları, Türkiyədə 150 dolları bələdiyyələr vasitəsilə xərclənir. Azərbaycanda isə hökumətin dövlət büdcəsi vasitəsilə xərclədiyi hər 1000 dollara düşən bələdiyyələrin xərclərinin həcmi cəmi 1.5 dollardı.
Türkiyədə bələdiyyə büdcələrinin adambaşına xərcləri 350 dollara, Gürcüstanda 165 dollara yaxındı. Azərbaycanda cəmi 2 dollar.
Bu rəqəm o deməkdir ki, Azərbaycanda yerli özünüidarə bir sistem olaraq de-fakto mövcud deyil. Bu sistem qurulmayınca nə regional inkişaf, nə də aqrar sektorun inkişafı olacaq.
Bir Yol Xəritəsi ki, iqtisadi islahatlar üçün idarəetmə islahatlarını, özəlliklə regional və yerli özünüidarə islahatlarını prioritet olaraq müəyyən etməyib, bu çıxış yolunu göstərən xəritə yox, labirint olacaq…

Yazı Rövşən Ağayevin Facebook səhifəsindən götürülüb