Vidadi Zeynalovun məhkəməsinin vaxtı dəyişdirilib

vidadi zeynalovRabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı dəyişdirilib.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası hakim Əfqan Hacıyevin sədrliyi ilə noyabrın 8-də keçiriləcək.

Hazırlıq iclası əvvəlcə noyabrın 9-na təyin olunsa da, Bayraq günü ilə əlaqədar həmin tarix qeyri-iş günü olduğundan iclasın vaxtı dəyişdirilib.