Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördlüyü” liderlərinin görüşü keçirilir.
Görüşdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko iştirak edirlər.
Dörd ölkə lideri Ukraynanın cənub-şərqindəki vəziyyəti, Donbasda seçkilərin keçirilməsi, təmas xəttindən qoşunların geri çəkilməsini müzakirə edir.
Tərəflərin eləcədə Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.