22 yaşlı gənc traktorun altında can verdi

meyitİsmayıllıda ölümlə nəticələn ağır yol qəzası olub.
ARB Şəki xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qurbanəfəndi kəndi ərazisində baş verib. Həmin kəndin sakini 23 yaşlı Sərdarov Belək Cəmalləddin oğlu traktorla hərəkətdə olarkən idarəetməni itirib və ağır texnika aşıb.
Hadisə zamanı yanında olan həmkəndlisi 22 yaşlı Cabbarllı Nurlan Marif oğlu kabinədən yıxılaraq traktorun altında qalıb. O, aldığı xəsarətlərdən elə yerindəcə keçinib. Xəsarət alan sürücüsü Sərdarov Belək isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.