“Dağlıq Qarabağ muxtar respublika ola bilər”

ilhamaliyev-shekide1“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mümkündür”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “RİA Novoti”yə verdiyi müsahibəsi zamanı deyib.

“Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarənin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağ muxtar vilayətinin hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə, iki xalq arasında sülh və qarşılıqlı əlaqə. Bizim üçün münaqişənin həlli belə görünür”, – deyə Azərbaycan prezidenti qeyd edib.

Bununla yanaşı prezident bildirib ki, Azərbaycan ərazi bütövlüyü məsələləri üzrə kompromis ola bilməz: “Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı ola bilmərik”. “Lakin yerli özünüidarə məsələləri üzrə kompromis ola bilər. Gələcəkdə Dağlıq Qarabağ özünüidarəsi. Əgər biz razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər”.