Azərbaycanlı qadın məşhur türk iş adamına tələ qurdu: 3 milyonluq şantaj

Türkiyənin tanınmış iş adamı, uzun illərdir Azərbaycanda da fəaliyyət göstərən Mustafa Tayat azərbaycanlı qadının şantajı il üzləşib.

Türkiyə mətbuatının yazdığına görə, bugünlərdə iş üçün İstanbula gələn Mustafa Tayat keçmiş işçisçsi Lətifə Məmmədova adlı qadının dəvəti ilə onunla görüşüb.

Gənc qadın keçmiş müdirini şəhərin Sarıyer bölgəsində yerləşən evinə dəvət edib. M.Tayat da köməkçisi ilə birgə L.Məmmədovanın evinə yollanıb.

İş adamının gəlişindən bir müddət sonra qara maskalı, silahlı iki şəxs evə basqın edib. Onlar Mustafa Tayatın əl-qolunu bağlayaraq uyğunsuz fotolarını çəkiblər və 3 milyon lirə verməyəcəyi təqdirdə, onu Azərbaycanda biabır edəcəklərini deyiblər.

Daha sonra iş adamını zorla maşına qoyaraq aparıblar. Yolda Mustafa Tayata işgəncə verən, onu şantaj edən silahlılar 3 milyonu tələb ediblər.

Lakin iş adamının imtina etdiyini və dirəniş göstərdiyini görüb üstündəki 10 min türk lirəsini də alaraq yol kənarına atıblar.

Polisə müraciət edən M.Tayat keçmiş işçisinin tələsinə düşdüyünü deyib.

Polis L.Məmmədovanın evində axtarış aparıb, kamera görüntülərinə baxıb və evdən barmaq izləri götürüb. Artıq hadisəylə əlaqəsi olan iki nəfər şübhəli şəxs qismində həbs edilib.

Hazırda azərbaycanlı qadının axtarışları davam edir.

Qeyd edək ki, Mustafa Tayat tekstil işi ilə məşğuldur və Azərbaycanda da öz adını daşıyan mağazalar şəbəkəsinə sahibdi.

***

İstanbulda yaşayan L.Məmmədova kimdir?

Bu sualın cavabı da “sirli qutu” kimidir. Onun azərbaycanlı olduğu və M.Tayatın mağazalarından birində keçmiş müdir olduğu dəqiqdir. Ehtimal olunur ki, onlar arasında hansısa mübahisə yol ayrılığına səbəb olub.

Araşdırmalar nəticəsində L.Məmmədovanın sosial şəbəkədə paylaşdığı foto və videolarından aydın görünür ki, o, lüks həyat yaşayır və ətrafındakı insanlar da imkanlı ailələrin övladlarıdır.

Harada oxuyub və harada yaşayır?

Lətifə Bakıda doğulub və uzun illər Bakının kəndlərindən birində yaşayıb. Bir müddət M.Tayatın mağazalarından birində çalışdıqdan sonra bilinməyən səbəblərdən İstanbula köçüb. Orada moda sahəsi ilə maraqlanıb. “Fast Fashion Design” adlı mərkəzdə “Hızlı Moda Tasarım Stilistlik Eğitimi” üzrə təhsil alıb.

azadlıq.info