612 şirkətin rəhbəri xaricə gedə bilməyəcək

shirketVergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan hüquqi şəxslərin sayı artıb. Nazirlikdən fins.az-a verilən məlumata əsasən, bu dəfə siyahıda 612 şirkətin adı var. Vergi borclarını ödəyənədək həmin şirkətlərin rəhbərlərinin ölkədən çıxışına qadağa qoyub.

Onlardan 34 şirkət bir nəfərə məxsusdur. Xaricə çıxışına qadağa qoyulan daha bir nəfər isə 20 şirkətin sahibidir. Digər 17 şirkət də bir fiziki şəxsə məxsusdur. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan hüquqi şəxslərin rəhbərlərinin siyahısında 6 nəfər xarici vətəndaş da var.

Vergi borcu olan vətəndaşların tam siyahısı ilə buradan tanış ola bilərsiz.