Deputatlar hansı yaşdadırlar

milli-meclis1Azərbaycan Mili Məclisində olan deputatların yaşları açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, Azərbaycanda deputatlardan 15 nəfərinin 70-dən çox yaşı var.

70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir. 19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır. 17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

Xatırladaq ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir.