54 şirkәtә qәyyum tәyin olunub

turkiye“FETÖ” istintaqı zamanı tәşkilata maliyyә dәstәyi verәn 54 şirkәtә qәyyum tәyin edilib. Sahiblәrinin bir qismi axtarışda, bir qismi hәbsdә olan şirkәtlәrә 9 qәyyum tәyin edilib. Qәyyum tәyin edilәn şirkәtlәr arasında Süvari Geyim, Yağmur Mebel kimi tanınmış şirkәtlәr dә var. Süvari Geyimin 100-ü Türkiyәdә olmaqla, toplamda 8 ölkәdә(Azәrbaycanda, Qazaxstanda, Rusiyada, Türkmәnistanda, İraqda, Rumuniyada vә Ukraynada) 148 dükanı var. Süvari Geyim şәbәkәsindә 1040-a yaxın insan işlәyir.

azadliq.info