Əliyevin referendum sərəncamının arxasında nə dayana bilər?

referendumQanuvericilikdən referenduma çıxarılan dəyişikliklərlə ziddiyyət təşkil edən məqamlar  çıxarılacaq

Dövlət başçısı İlham Əliyev referendum nəticəsində qəbul edilmiş Konstitusiya dəyişikliklərin qanunvericiliyə uyğunlaşdırılmasıyla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti normativ hüquqi aktları həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edibdövlət başçısına  məlumat verməli, hüquqi aktları referendum aktına uyğunlaşdırmalıdır.

Bundan başqa referendumla bağlı sual doğuran daha bir məqam refrendumun nəticələrinin MSK-nın təsdiqləməsidir. Konstitusiya Məhkəməsi bu istiqamətdə qərar verməyib.

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, referendumun nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən tanınması qanunvericilikdə nəzərdə tutulmayıb. Qanuna görə, prezident seçkilərinin nəticələrini 14 gün sonra Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Referendum üçünsə nəticilərin rəsmən təsdiqi və elan edilməsi Konstitusiya Məhkəməsi tərəfindən rəsmən nəzərdə tutulmayıb: «Seçki Məcəlləsinə görə bu məsələləri MSK təsdiq edir. Təsdiq edilib, dərc ediləndən sonra artıq bu dəyişikliklər qüvvəyə minir».

Dövlət başçısının son imzaladığı sərəncama gəlincə isə, bu sənəd referendum aktının Nazirlər Kabinetinin normativ hüquqi aktlarına uyğunlaşdırılmasını və bu barədə dövlət başçısına məlumat verilməsini ehtiva edir. M.Baxışovun sözlərinə görə, buna altı ay müddət ayrılıb. Yəni indiki qanuvericilikdən referenduma çıxarılan dəyişikliklərlə ziddiyyət təşkil edən məqamların çıxarılması və yenilərin daxil edilməsi prosesi gedəcək: «Bu proses bütün normativ hüquqi aktları – prezident fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, icra hakimiyyəti orqanlarının qərarlarını əhatə edəcək. Bunlar hamısı normativ hüquqi aktlar sisteminə daxildir. Bu sistemdə yeni dəyişikliklərə uyğun olaraq dəyişikliklər aparılması Nazirlər Kabinetinə tövsiyyə olunub».

Xəyal