Putinə yeni köməkçi gəlir – Kreml Uşakovun yerinə namizəd tapıb

peskov-putinRusiya prezidenti Vladimir Putin mətbuat katibi Dmitri Peskova yeni vəzifə verməyə hazırlaşır.

«Kommersant»ın Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadən yazdığına görə, Peskov Putinin beynəlxalq məsələlər üzrə köməkçisi təyin ediləcək.

Hazırda bu postu tutan Yuri Uşakov isə mart ayında 70 yaşı tamamlandığı üçün bu vəzifəni tərk edəcək. Və o, Avropa ölkələrindən birinə səfir göndəriləcək.

Qəzetin yazdığına görə, köməkçi vəzifəsinə real namizədlərdən biri də Rusiyanın Çindəki səfiri Andrey Denisovdur.

Gültəkin