Ölkədə qanunlar işləmir deyə, məsuliyyət itib, özbaşınalıq meydan sulayır…
Artıq 2016-cı ilin 9 ayı arxada qalıb. Bu müddətdə Neft Fondu dövlət büdcəsinə cəmi 3,26 milyard manat ödəyib. Halbuki 5,71 milyard ödəməli idi. Deməli, Neft Fondu dövlət büdcəsinə ödəmələrdə 2,45 milyardlıq və ya 43% kəsir yaradıb.
Yanvar-sentyabr aylarında Neft Fondunun büdcə gəlirləri 6,6 milyard manat olsa da, Fond cəmi 3,8 milyard manatlıq maliyyələşmə həyata keçirib. Amma Fondun təsdiq olunmuş büdcəsinə görə bu müddətdə 8 milyard manatlıq maliyyələşmə həyata keçirməli idi. 4,2 milyardlıq və ya 52%-dən çox kəsir də burada əmələ gəlib.
Milyardlarla ölçülən bu kəsirlərin ölkə iqtisadiyatına, əhalinin sosial vəziyyətinə vurduğu yaraları bərpa etmək üçün illər və daha çox milyardlar xərcləmək lazım gələcək…
Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb