22 yaşlı qız intihar edib

intiharŞamaxı rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Türkan Kərimova özünü yaşadığı evdə iplə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq ölümün səbəblərini araşdırır. (“Report”)