Daha bir cəbhəçi həbs edildi

xetai-nebiyev

Hakimiyyətin “cəbhəçi ovu” davam edir.

AXCP Sumqayıt şöbəsinin üzvü Xətai Nəbiyev oktyabrın 11-də səhər saatlarında həbs olunaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Bir müddət sonra gənc fəal Sumqayıt Şəhər Məhkəməsinə gətirilərək inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib.