Almanlar nağıl-evi təqdim etdi FOTO VİDEO


Britaniyanın Birmingem şəhərində keçirilən Motorhome & Caravan Show 2016 tədbirində Almaniyanın Morelo şirkəti təkərli Empire Liner evini təqdim edib. Dəbdəbəli evin qiyməti 350 min funt sterlinqdən başlayır.

Superlayner mini-mətbəx, iki ikinəfərli yataq, duş və rahat kreslolarla təchiz edilib. Salonun arxa hissəsində kiçik avtomobil də park etmək olar. Empire Liner-in ən kiçik modeli 9, böyüyü – 11,3 metrdir. Avtobus-ev Mercedes Atego bazasında yaradılıb və 299 at gücünə malikdir.

VİDEO ÜÇÜN DAXİL OL

azadlıq.info