b.esed2

Əsəd hakimiyyətlərin əbədi olmadığını bildirdi

b_esed3Suriya prezidenti Bəşər Əsəd İran mətbuatına geniş müsahibə verib. O, müsahibədə maraqlı məqamlara toxunub. Əsəd Suriyada baş verənlərin arxasında Qərbin, xüsusilə də ABŞ-ın durduğunu bildirib. Bəşər Əsəd  Türkiyə və Səudiyyə Ərəbistanının Suriya siyasətini tənqid edib:

“Səudiyyə Ərəbistanı və Türkiyə Amerikaya xidmət edən dövlətlər. Əmri ABŞ verir və onlar bunu reallaşdırır. Ərdoğan illərdir Suriyaya müdaxilə etmək istədi, ancaq buna icazə verilmədi. Yalnız Türkiyə qoşunları indi Cerablusa girdi. Çünki onlar bu imkan indi tanındı”-deyə Əsəd bildirib.

Lakin buna baxmayaraq Bəşər Əsəd qanlı əməliyyatların dayandırılması üçün Türkiyə ilə əməkdaşlığn mümkün olduğunu da bildirib.

Əsəd müsahibəsində hakimiyyətlərin əbədi olmadığına da toxunub:

“Prezidenti Hafiz Əsəd getdi və mənim də gedəcəyəm bir gün olacaq. Ancaq dövlətlər arasında münasibətlərin duyğularla tənzimlənmədiyini bilməliyik. Bu münasibətlər gerçəkliyə əsaslanaraq qurulmalıdır”-deyə Əsəd bildirib.