Türkiyənin cənub-şərqində gömrük sərhəd məntəqəsində minalanmış avtomobilin partlaması nəticəsində onu hərbçi olmaqla azı 18 nəfər həlak olub.
PKK-nın silahlı Xalqları Müdafiə Gücləri (HPG) qanadı hadisəyə görə məsuliyyəti üzərinə götürüb.
Baş nazir Binali Yıldırım deyib ki, yük maşınında 5 ton partlayıcı maddə olub.
Hadisə nəticəsində 27 nəfər yaralanıb.
Partlayış İran və İraqla sərhəddə, dağlıq ərazidə baş verib.
Burada PKK – kürd separatçıları aktiv fəaliyyət göstərir.
Türkiyə Ordusunun bəyanatında deyilir ki, partlayış səhər saat (Bakı vaxtilə) 11.45-də baş verib.
Hakkari vilayətinin qubernatoru söyləyib ki, hücum edənlər öncə hərbçilərə odlu silahdan atəş açıb, sonra isə avtomobili məntəqəyə sürərək onu partladıblar.
***
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.




