İnanclı siyasi məhbusların müdafiə komitəsi toplanıb

mudafie-komitesiBu gün inanclı siyasi məhbusların müdafiə komitəsi toplanıb. Eldəniz Quliyevin təşəbbüsü ilə yaradılan komitənin iclasında təklif olunub ki , siyasi dustaqların müdafiə komitələri birləşdirilsin və mütəşəkkil müdafiə qurumu təsis edilsin. Komitə sədri Azərbaycanda çox sayda siyasi məhbusun olması belə bir qurumun təsis edilməsini zəruri olduğunu vurğulayıb. Toplantı iştirakçıları siyasi məhbusların hüquqlarının müdafiəsi, onların ailələrinin diqqətdən kənarda qalmaması və ölkədə baş verənlərin beynəlxalq təşkilatlara dolğun çatdırılmasının vacubliyini də vurğulayıblar.