Cavid Hüseynov kassasiya şikayətini geri götürüb

cavid-huseynov1Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb.

Bu barədə “Report”a C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, C.Hüseynovla məsləhətləşəndən sonra kassasiya şikayətini geri götürmək qərarına gəlib. İşə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.

Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub.