Dələduza göstərilən humanizm

mehkeme turk300 min manatlıq dələduzluq edən azadlıqda gəzir, 3 manatlıq dələduzluğu sübuta yetirilməmiş adamlar isə həbsdədir

Hökumət insan haqlarından, hüququn aliliyindən, ədalətli məhkəmə ssitemindən dəm vursa da, hər gün müşahidə etdiklərimz göstərir ki, bu ölkədə qanun şah deyil. Bu ölkədə qanunları nökər vəziyyətinə salıblar. Kimin pul varsa, kimin yüksək vəzifədə qohumu varsa həmin adamın məhkəməni udması, cinayətdən yaxa qurtarması mümkündür.

Əlbəttə ki, biz heç kimin həbsdə qalamsını arzulamırıq. Amma bugün saytalarda yayılan iki xəbərə nəzər salanda ədalətsizliyin, ayrıseçkiliyin miqyasını dəqiq təsəvvür etmək olur.

Birinci xəbər budur ki, Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunan Vüsal Abazarəli məhkəmə zalından azadlığa buraxılıb.  Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib.  Amma adam azadlıqdadır.

İkinci xəbər isə,   6 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin məhkəmə zalından azadlığa buraxılmasıdır.  Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən Telman Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.

Nə hikmətdirsə, Qarabağa qazisi Asif Yusifli heç bir şikayətçinin olamdığı halda, hətta qondarma ittihamda səsləndirilən məbləği ödədiyi halda uzun müddətə azadlıqdan məhrum edilib.  Hansıki, bu adamın həbsdə qalması üçün heç bir səbəb yoxdur və cəzasının yüngülləşdirilməsi üçün saysız-hesabsız səbəblər var. Bəli. Azərbyacanın hüquq sisteminin analoqsuzluğu da burdadır. Küllü miqdarda ziyan vuran adam azadlığa buraxılır, Qarabağa qazisi, əleyhinə heç bir fakt olmayan adam isə həbsə göndərilir. Səbəb isə çox sadədir.  Asif Yusifli həmişə haqsızlığa etiraz edib,  hökumətin yartımaz siyasətini tənqid atəşinə tutub və AXCP üzvüdür.  Bu ölkədə qanunların hökumü adamalra görə dəyişir. Əgər yaltaq, zalıma əl çalan adam olsan ən ağır cinayətin də bağışalanar, amma haqq-ədalət istəyirsənsə günahsız olduğun haldada sənə cinayət torbası tikə bilərlər.

Yaxud, “Azadlıq” qəzetinin maliyyə direktou Faiq Əmirlinin həbsinə diqqət edək. Adam gülünc ittihamla həbs olunub və bu ittiham  hökumətin ifşasına xidmət edib. İndi isə Faiq Əmirliyə yeni maddə düzəltməyə çalışırlar. Faiq Əmirlini şərləyə bilmək üçün “Azadlıq” qəzetinə başsağlığı elanı verənləri, ev satışı elanı verənləri də dindirməyə çağırırlar. Hüquq sistemimiz  “ədalət” libasına necə bürünübsə,  300-400 min manatlıq dələduzluq edənlər azadlığa buraxılır, 3-4  manatlıq dələduzluğu da sübuta yetirilməmiş adamlar ağır cinayətkar kimi həbs olunur. Çünki, Faiq Əmirli də AXCP üzvüdür, müxalifət mövqeli qəzetin direktorudur.

Göründüyü kimi Cinayət Məcəlləsi, məhkəmə sistemi hökumətin cəza aparatına çevrilib. Bu ölkədə məhkəmələr ədalətin təmin edildiyi yer deyil, sifarişlərin qəbu olunduğu yerdir.

Həqiqi dələduzlar azadlıqda gəzişir, vicdanlı vətəndaşlar isə şər maşınının qurbanına çevrilir.

Samir