Vergi malların hərəkətinə nəzarət edəcək

vergiler-nazirliyiVergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi ilə əlaqədar bir sıra yeniliklər nəzərdə tutulur.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov bildirib ki, elektron qaimə-faktura sisteminin tətbiqi vergi sistemində elektronlaşmanın tərkib hissəsi olacaq. Bu, vergi ödəyiciləri tərəfindən qaimə-fakturanın təqdim edilməsinin sadələşdirilməsinə və elektron formada aparılmasına imkan yaradacaq:

“Başqa sözlə, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə öz əksini tapacaq. İndiyədək vergi orqanları daxil olan pul vəsaitlərini banklar vasitəsilə izləyə bilirdisə, bundan sonra malın hərəkətinə də nəzarət etmək imkanlarına sahib olacaq”. (Marja)