Gülənçilərin 1 dollar sirri

fettulah-gulenİstanbul Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosunun həyata keçirdiyi istintaqda “FETÖ terror təşkilatının” İstanbulun Anadolu tərəfində Jandarma təşkilatına cavabdeh olan və təşkilatda müdir köməkçisi olan Ö və M saxlanılıb. Adları gizli saxlanılan Ö və M peşmanlıq hökmlərindən yararlanmaq istədi. Ö və M 6 sentyabr 2016-cı ildə prokurora verdikləri ifadələrində təşkilat üzvlərində olan 1 dollarların sirrini də danışıblar. Dediklərinə görə tez-tez Fətullah Gülən yanına gedən müdir və bölgə təmsilçilərinə alt qurumda təmsil olunanlara paylanılması üçün 100, 50 və 20 dollarlıq əskinaslar verirdi. Bu pullar 1 dollarlıqlar şəklində xırdalanaraq müəllim və tələbələrə paylanılırdı. Yuxarı vəzifədə olan şəxslərin dediyinə görə bərəkət və xatirə olduğuna inanılan bu pullar təşkilat mənsublarının təşkilata və Gülənə bağlılıq, minnət duymasını təşkil edir.

azadlıq.info