Sentyabrda dollar satışı 60 faiz artıb

dollar-manatAzərbaycan Dövlət Neft Fondunun valyuta hərraclarında xarici valyuta satışı, 2016-ci ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 59,9% artıb.

Hesablamalara görə, ARDNF-in sentyabr ayında valyuta satışı 630,9 milyon dollar təşkil edib. Fondun avqustda xarici valyuta satışı 394,5 milyon dollar təşkil etmişdi.

Sentyabrda ARDNF 8 hərracda iştirak edib, satışın orta həcmi 78,86 milyon dollar təşkil edib. Avqustda fond 9 hərraclarda iştirak etmiş, satışın orta həcmi 43,83 milyon dolla təşkil etmişdi.

Avqustda olduğu kimi sentyabrda da ARDNF kommersiya banklarına valyuta satıb.

Sentyabrın birinci yarısında valyuta bazarında tələbatın təklifdən yüksək olması müşahidə olunsa da, ayın ikinci yarısında isə əks vəziyyət var idi – banklar tam həcmdə deyil, hərraca çıxarılan valyutanın bir hissəsini alırdılar.

Hesablamalara görə, ümumilikdə, yanvar-sentyabr ayları ərzində ARDNF 3 milyard 912,3 milyon dollar məbləğində xarici valyuta satıb.

ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir. (İnterfaks-Azərbaycan)