Fed/Mester: Noyabr iclası faiz artırmaq üçün “canlı”dır

ABŞ Mərkəzi Bankı Fed-in Klivlend şöbəsinin sədri Loretta Mester, iqtisadiyyatın faiz artırmaq üçün hazır olduğunu deyib və diqqətlərin ABŞ prezident seçkilərində olmasına qarşı, Fed-in Noyabr ayındakı toplantısının faiz qərarı üçün “canlı” olaraq görülməsi lazım olduğunu təkrarlayıb.

Mester, Bloomberg-ə verdiyi açıqlamada, “Fedin, ABŞ prezident seçkilərinə 1 həftədən az bir müddət qalmış, 1-2 Noyabr tarixlərində Vaşinqtonda keçirəcəyi iclasda, faizlərin artırılması mümkün olduğunu deyib və siyasətin Fedin qərarına təsir göstərməyəcəyini sözlərinə əlavə edib.

Mester, Fed-in 21 Sentyabrda faizdə dəyişikliyə getmədiyi iclasda, faizin dəyişdirilməməsinə müxalif qalan üç üzvdən biri idi.

Mester, iqtisadi inkişafın 2016-nın ikinci yarısında yuxarı istiqamətdə tərpənməsini və inflyasiyanın qarşıdakı bir neçə ildə Fed-in 2 faiz hədəfinə doğru yüksəlməsini gözlədiyini bildirib.

Mester iqtisadiyyatın hələ həddindən artıq isinmədiyini sözlərinə əlavə edib və “Fed irəliyə baxmalı, sadəcə gözləməməlidir” deyib.

 

(marja)