Balakəndə ağır yol qəzası: 4 ölü

Balakəndə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.

Hadisə bu gün  saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.

“Pegout” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.

Qəza zamanı avtomobilin sürücüsü Balakən rayon sakini, 1987-ci il təvəllüdlü  Anar Əlixan oğlu Saramanov, sərnişinlər – Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər.