Türkiyədə partlayış baş verdi: 2 hərbçi şəhid oldu

terror turkiyeTürkiyənin Hakkari vilayətində partlayış olub. “Habertürk” məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi şəhid olub, 1-i yaralanıb.

Hadisəyə səbəb PKK terrorçularının yola əldəqayırma partlayıcı qurğu yerləşdirməsi olub.

Dərhal antiterror əməliyyatına başlanıb. Bir PKK-lı təslim olub.