Nə üçün Milli Şura?

emiragaƏmirağa İsmiyev

Ölkənin namusu təhdid, vətəndaşları basqı altında. Allahın Azərbaycan xalqına verdiyi nemətlər-neft, təbii qaz, qızıl, qara metal və diğər xammallar buxarlanmaqda. Vətəndaş cəmiyyəti, demokratiya, plüralizm, qanunların şah olduğu cəmiyyət, ədalətli seçki sistemi haqqinda isə nə yazmağa, nə də düşünməyə ixtiyarı olmayan dırnaqarası vətəndaş, cəsarətin çatır yaz, dərhal sifarişli haykanuş nəvələrindən ibarət girdovoylar, nacins şahidlər və şuşanik nəticələrindən ibarət hakimlər və kürdəxanı… 150 nəfərə yaxın siyasi məhbus, qadağan olunan mitinqlər, tabu qoyulmuş azad söz və azad toplaşma, mitinq öncəsi və sonra şərlənərək həbs edilən ğünahsız insanlar, işsiz və dilənçi halına salınmış minlərlə insan və qul bazarı… bu qədər var-dövlətin içərisində rus, gürcü, qazax və diğər qonşu qapılarında iş axtaran, dilənən 3 milyon azərbaycanlı… daha nələr, xülasə, bütov ogurlanmış ölkə, ğələcəyi ogurlanmış milyonlarla insan. Bu yazdığlarım aysberqin ğörünən tərəfinin kiçik bir hissəsidir, ğörünməyən tərəfindən isə Allah qorusun. Amma Allah da deyər ki, “sizdən hərəkət, məndən bərəkət”.

Nə qədər ki, abrımıza qısılıb susacağıq, başımızı aşagı dikib özümüzü ğörməməzliyə vuracağıq, mən “siyasətə qarışmıram” deyib dözəcəyik, “məndən keçdi qonşuya dəydi” amacı ilə yaşayacağıq, bir o qədər də haqsızıığa düçar olacağıq, haqsızlıq qapımızı döyəcək, hökmən döyəcək, pəncərəmizə daş atacaq. Çünki yatan öküzün başına ayaq üstə duran öküz min oyun açar və açacaqdır. Ona ğörə də ayaq üstə durmaq, vahid cəmiyyət halında birləşmək, vətənimiz Azərbaycanın nicatı naminə hamılıqla “BU ĞÜNDƏN MÜSƏLLAH ƏSKƏRƏM” deyərək Milli Şura ətrafında birləşmək lazımdır. Milli Şura, yeğanə siyasi-ictimai təşkilatdəır ki, Azərbaycanın namusunu, xalqın asayişini, vətəndaşın əmin-amanlıgını, ölkənin siyasi və iqtisadi inkişafını, demokratik institutları təmin etmək ğücünə malikdir. Milli Şura yeganə təşkilatdir ki, ölkəyə demokratiya, azad seçki, ədalətli qanunlar, vətəndaş cəmiyyəti, azad mətbuat, toxunulmaz mülkiyyətin təminatçısı ola bilər. Milli Şura yeğanə təşkilatdir ki, üzvlərinin həyatlarını təhlükə altında qoyaraq, “dövlət xalqa mənsubdur deyərək” əyinlərinə “kəfən” geyib azadlıq və demokratiya yoluna çıxmışdır. Halva-halva deməklə agız şirin olmaz! Tək əldən də səs çixmaz! Ğüc birlikdədir!Ölkənin -Vətənimiz Azərbaycanın bu agır anlarında hamı bir yumruq kimi Milli Şura ətrafında birləşməli, haqq və ədalət uğrunda mübarizə aparmalıdır!!! Bütün dünya azəbaycanlıları, birləşin!!! Birləşin ki,ölkənin daxilində və xaricindəki düşmənləri susduraq!!! Bütün dünya azərbaycanlıları, Azərbaycan naminə, demokratiya naminə, haqq və dalət naminə, güclü və demokratik Azərbaycan naminə Milli Şura ətrafinda birləşin!!! Bu ğün birləşməsək, şəxsi ambisiyaları bir kənara qoymasaq, barmaqla sayılası müxtəlif partiyaların Milli Şura ətrafında birləşməsinə nail olmasaq, sabah ğec olacaq… Və hər birimiz harda, hansi ölkədə yaşamagımızdan asılı olmayaraq, utandığımızdan, xəcalətimizdən başımızı yerdən qaldıra bilməyəcəyik. Məhz buna ğörə bu ğün fəhləsi, müəllimi, mühəndisi, alimi, ziyalısı,… bütün ölkə vətəndaşları Milli Şura ətrafinda birləşməlidir. Düşmən bizə başqa çıxış yolu buraxmamış- yalnız Milli Şura ətrafında birləşməli və ölkəni uçurumdan xilas etməliyik!.. Nicatımız bundadır!