
Bundan başqa Akif Çovdarova 3 milyon manat xərac verdiyi iddia olunan Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun istintaqa ifadəsində məsələ barədə dəfələrlə Eldar Mahmudova zəng etdiyi, ikincinin “Akif Çovdarov necə deyirsə elə et” dediyi bildirilir. Məlumatlarda vurğulanır ki, “MTN işi”nin istintaqında Eldar Mahmudovun əleyhinə verilə ifadələrin sayı-hesabı yoxdur. Keçmiş MTN şefinin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangirə Hacıyevə sərt münasibət, bankirin də susmaması Eldar Mahmudovun vəziyyətini çətinləşdirib. Məlumat üçün deyək ki, prokuror Cahangir Hacıyevə 17 il “iş” istəyib. Ekspertlər hesab edir ki, bu, bankirin məhkəmədə arzuolunmaz açıqlamalar verməsilə bağlıdır. Lakin oların fikrincə, Cahangir Hacıyev susmayacaq. Bu isə Eldar Mahmudovun da həbs olunmasını şərtləndirə bilər.